Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Qarabağ" Azərbaycan Premyer Liqasında çempionluğunu rəsmiləşdirdi
"Qarabağ" Misli Premyer Liqasında çempionluğunu rəsmiləşdirib.
Oxu.Az xəbər verir ki, bu, XXXII turda baş tutan "Sabah"la səfər oyunundan sonra reallaşıb.
"Bank Respublika Arena" keçirilən matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Görüşdə hesabı qonaqlar açıblar. 42-ci dəqiqədə Redon Cica penalti zərbəsindən fərqlənib. 73-cü dəqiqədə "status-kvo" bərpa olunub. Boyan Letiç rəqib komandanın qapısına yol tapıb.
Xallarının sayını 77-yə çatdıran Ağdam təmsilçisi qızıl medalları vaxtından əvvəl təmin edib.
Bu nəticənin ardından "köhlən atlar" Premyer Liqada 12-ci dəfə çempionluq sevinci yaşayıb.
"Bayquşlar" 40 xalla beşinci sırada yer alıblar.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" evdə "Şamaxı" ilə, "Araz-Naxçıvan" isə səfərdə "Səbail"lə heç-heçə edib - 1:1. "Zirə" isə rəqib meydanında "Kəpəz"ə qalib gəlib - 1:0.
Misli Premyer Liqasının XXXII turunda "Araz-Naxçıvan" səfərdə "Səbail"lə bərabərə qalıb.
Oxu.Az xəbər verir ki, "ASCO Arena"da keçirilən oyunda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Hesabı qonaqlardan Ülvi İsgəndərov (30) açıb. Marko Nikoliç (76) isə paytaxt təmsilçisinin bərabərlik qolunu vurub.
54 xalı olan naxçıvanlılar turnir cədvəlində üçüncü sırada qərarlaşıblar. "Dənizçilər" 21 xalla sonuncu - onuncudurlar.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" evdə "Şamaxı" ilə heç-heçə edib - 1:1. "Zirə" isə səfərdə "Kəpəz"ə qalib gəlib - 1:0.
Misli Premyer Liqasının XXXII turunda bu gün daha iki oyun keçiriləcək.
Oxu.Az xəbər verir ki, günün ilk matçında autsayder "Səbail" "Araz-Naxçıvan"ı qəbul edəcək.
"ASCO Arena" keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq.
53 xalı olan naxçıvanlılar turnir cədvəlində üçüncü sırada qərarlaşıblar. "Dənizçilər" 20 xalla onuncu yerdədirlər.
Turun mərkəzi görüşü "Bank Respublika Arena"da baş tutacaq. "Sabah" və "Qarabağ" kollektivlərinin duelində Azərbaycan çempionunun adına aydınlıq gələ bilər. Belə ki, 76 xalla turnir cədvəlinə başçılıq edən Ağdam təmsilçisi bu oyunda məğlub olmayacağı təqdirdə qızıl medalları vaxtından əvvəl özü üçün təmin edəcək.
"Bayquşlar" 39 xalla beşinci sırada yer alıblar.
Misli Premyer Liqası
IV dövrə, XXXII tur
27 aprel
17:30. "Səbail" - "Araz-Naxçıvan"
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
"ASCO Arena"
20:00. "Sabah" - "Qarabağ"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
"Bank Respublika Arena"
Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" evdə "Şamaxı" ilə heç-heçə edib - 1:1. "Zirə" isə səfərdə "Kəpəz"ə qalib gəlib - 1:0.
"Azərbaycan Premyer Liqası (Misli Premyer Liqası)" teqi üzrə xəbərlər
- Qurban Qurbanov "Barselona"nın düşərgəsinə yollanıb
- "Neftçi" Azərbaycan çempionatlarında yeni rekorda imza atıb
- Azərbaycan futbolunun tez parlayıb sönən "ulduz"ları
- 2024-2025-ci illər mövsümünün qalibi olan "Qarabağ" komandası mükafatlandırıldı
- Azər Bağırov: "Birinci hissədə meydanda yaxşı "Kəpəz" gördük"