Çin şirkətləri ABŞ ilə ticarət müharibəsinin nəticələrindən yayınmağın yolunu tapıblar.
Oxu.Az "South China Morning Post" qəzetinə istinadən xəbər verir ki, onlar məhsullarının idxalına yüksək gömrük rüsumları tətbiq olunduğu üçün istehsalı ABŞ platformalarına köçürməyə başlayıblar.
Çin şirkətlərinə ABŞ-də istehsalın lokallaşdırılmasına kömək edən konsaltinq firmasının rəhbəri Çju Nin son dörd ayda biznesin köçürülməsi ilə bağlı ən azı 100 sifariş aldığını söyləyib.
O vurğulayıb ki, 2024-cü illə müqayisədə onların sayı artıb, ötən il ərzində 100-ə yaxın şirkət istehsalat obyektlərinin köçürülməsinə kömək üçün müraciət edib.