Astara-Ələt magistralının 110-cu kilometrliyində, yolun Biləsuvar rayonundan keçən hissəsində baş verən qəzada yaralananların kimliyi və vəziyyəti məlum olub.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində üç nəfər Biləsuvar Rayon Xəstəxanasına yerləşdirilib.
Məlumatlara görə, Astara sakinləri 2005-ci il təvəllüdlü Süleymanlı Rəqsanə Natiq qızı hər iki gicgah nahiyəsindən, 1982-ci il təvəllüdlü Qəhrəmanova Əsmər Akif qızı sağ said və əlin küt travması, müxtəlif sıyrıqlar, 1982-ci il təvəllüdlü Məmmədov Ruslan Mahmud oğlu isə başın küt travması xəsarətləri alıblar.
Xəstəxanadan əldə etdiyimiz məlumata görə, yaralıların ümumi vəziyyəti kafidir. İlkin yardımdan sonra yaralılar evə buraxılacaqlar.
10:08
Biləsuvarda baş verən avtomobil qəzasının səbəbi məlum olub.
Bununla bağlı Oxu.Az-a hüquq mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, ilkin ehtimallara görə, qəza yolun sürüşkən olması səbəbindən baş verib.
99-MT-886 dövlət nömrə nişanlı “Mercedes Vito” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini aşırıb.
Hadisə nəticəsində sərnişinlərdən 1981-ci il təvəllüdlü kişi dünyasını dəyişib. Onun kimliyi hələlik məlum deyil.
Könül Cəfərli
09:34
Biləsuvar rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə səhər saatlarında yeni Ələt-Astara avtomobil yolunda qeydə alınıb. Belə ki, mikroavtobusun yolun kənarına aşması nəticəsində 1 nəfər ölüb, daha 6 nəfər yaralanıb.
Yaralılardan 4-ü Biləsuvar, 2-si isə Cəlilabad xəstəxanalarına aparılıb.
Faktla bağlı araşdırma aparılır.