Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan şəxsin meyiti tapılıb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, avqustun 1-də Bilgəh qəsəbəsi, "Daçnik" adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km kənarda nəzarətsiz ərazidə dənizdə batan 2000-ci il təvəllüdlü Nizam Rüfət oğlu Kazımovun meyiti sahildə aşkar edilib.
Qaynar xətt:
(055) 224 12 12