Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə, ən yaxın xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazidə 1 azyaşlı batıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, batan uşağın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bilgəhdə uşaq dənizdə batıb