Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Oman XİN rəhbəri: "İran-ABŞ danışıqları baş tutmayacaq"
İran və ABŞ nümayəndə heyətləri arasında nüvə proqramı üzrə iyunun 15-də Omanda keçirilməsi planlaşdırılan danışıqların yeni raundu baş tutmayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Tehran və Vaşinqton arasında vasitəçi kimi çıxış edən Omanın xarici işlər naziri Bədr Əl-Busəidi "X" hesabında yazıb.
"İran və ABŞ arasında bu bazar günü Maskatda keçirilməsi planlaşdırılan danışıqlar baş tutmayacaq", - o qeyd edib. Əl-Busəidi vurğulayıb ki, dialoq davamlı sülhə nail olmaq üçün yeganə yol olaraq qalır.
İranla ABŞ arasında İran nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının tənzimlənməsi üzrə 15 iyun tarixinə planlaşdırılan növbəti danışıqlar raundu hələlik ləğv edilməyib.
Oxu.Az-ın "NourNews" agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə İslam Respublikasının xarici siyasət idarəsinin rəsmi nümayəndəsi İsmail Bəqai bəyan edib.
"Hazırda 15 iyunla bağlı hansı qərarı verəcəyimiz bəlli deyil", - deyə diplomat qeyd edib.
İran hesab edir ki, İsrailin son hücumlarından sonra Vaşinqtonla Tehran arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar mənasını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyinə açıqlamasında ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
"Digər tərəf (ABŞ - red.) elə davrandı ki, danışıqlar əhəmiyyətini itirdi. Bir tərəfdən danışıqlara hazır olduğunu bəyan edib, digər tərəfdən isə sionist rejimin İrana zərbələr endirməsinə şərait yaratmaq - bu, ziddiyyətli yanaşmadır", - deyə iranlı diplomat vurğulayıb.
Xatırladaq ki, ABŞ və İran aprel ayından bəri Oman vasitəçiliyi ilə nüvə məsələsi üzrə dolayı danışıqlar aparırdı. Altıncı raundun bazar günü Maskatda keçirilməsi planlaşdırılsa da, İsrailin son raket hücumlarından sonra bu görüşün baş tutub-tutmayacağı sual altındadır.
"ABŞ-İran danışıqları" teqi üzrə xəbərlər
- ABŞ-İran danışıqları nə vaxt bərpa ediləcək?
- Trampın Tehranın Vaşinqtonla görüş istədiyi iddiasına REAKSİYA
- ABŞ və İran nüvə danışıqlarının bərpasını müzakirə edirlər
- İran ABŞ-dən yeni hücum olmayacağına dair zəmanət tələb edir
- KİV: "ABŞ vasitəçilərlə İrana İsrailin münaqişəni bitirmək niyyətini çatdırıb"