Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Binə qəsəbəsində şəhidlərin abidəsinin önündə zibil qutuları narazılıq yaratdı
Bakıda şəhidin xatirə lövhəsinin önünə zibil qutuları qoyulub.
Oxu.Az xəbər verir ki, görüntülər paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.
Sözügedən vəziyyət qəsəbə sakinlərinin narazılığına səbəb olub. Onlar bu vəziyyəti şəhidlərin ruhuna hörmətsizlik kimi görürlər.
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə müvafiq tədbirlər görülərək ətraf tullantılardan təmizlənib.
Həmin görüntüləri təqdim edirik:
"Zibil problemi" teqi üzrə xəbərlər
- Badamdarın dərinləşən PROBLEMİ: "Qəsəbədə zibil yeşikləri yoxdur"
- Sakinlərin başına bəla olan "KamAZ"
- Peyin gölməçəsi, "varlılar üçün" zibil konteynerləri - Türkanda nə baş verir?
- Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə məbləği 6 dəfə artırılıb
- Azərbaycanda cərimələrdən biri 10 dəfə ARTIRILDI
Ən çox oxunanlar