Bakı şəhəri, Binəqədi rayonunda yeniyetmə hasarının üzərinə çıxaraq təhlükəsizlik kameralarını qıraraq yerə atıb.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı görüntülər sosial mediada yayılıb.
Sözügedən görüntünü təqdim edirik:
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə Binəqədi rayonu ərazisində təhlükəsizlik kameralarına zərər vurulması ilə bağlı paylaşılan görüntülər araşdırılıb:
"Əməli törədən 4 yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilib. Onlar valideynləri ilə birgə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə dəvət ediliblər. Həmin şəxslərlə profilaktik söhbət aparılıb və dəyən ziyanın ödənilməsi təmin edilib".
Aygün Mirakif