Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qeysəriyyə yolu ilə övlad dünyaya gətirən Səma qəfil vəfat etdi - Gənc ananın ölümünün DETALLARI
Şirvanda bir neçə gün əvvəl doğuş etmiş qadının ölməsi ilə bağlı bəzi detallar məlum olub.
Xatırladaq ki, oktyabrın 14-də Şirvan Doğum Evində qeysəriyyə yolu ilə uşaq dünyaya gətirmiş Səma Yusubova ayın 26-da xəstəxanın reanimasiya şöbəsində dünyasını dəyişib.
Mərhumənin anası Sevda Yusubovanın iddiasına görə, qızına qan vurulmadığı üçün həyatını itirib:
"Qızımı ağır vəziyyətdə xəstəxanaya çatdırdıq. Həkimə dedim ki, beyninə qan çatmır. Həkim səbəbinin narkoz olduğunu söylədi. O, üç sistem yazdı. Sistemlərin xeyri olmadı, gördüm qızım xırıldayır. Ağzından köpük gəlir. Onun beyninə qan getmirdi. Qan vurulsaydı, yaşayacaqdı".
Daha ətraflı Baku TV-nin süjetində:
Şirvanda bir neçə gün əvvəl doğuş etmiş qadın ölüb.
"Qafqazinfo" xəbər verir ki, ötən gecə Şirvan şəhər Yeni qəsəbə sakini, 1998-ci il təvəllüdlü Səma Əlişükür qızı Yusubova ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. Lakin az sonra qadın vəfat edib.
Bildirilib ki, S.Yusubova iki həftə əvvəl qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Onun bədənində tromboemboliya olması və bu səbəbdən səhhətinin qəfil pisləşdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Rəylər