Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bir yaşlı Kamran ağır yanıq xəsarətləri alıb: Müalicəsi üçün dəstəyə ehtiyacı var
Bir yaşlı Kamranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Xədicə Həsənova məlumat verib.
O bildirib ki, övladı ötən il mayın 26-da ehtiyatsızlıq səbəbindən yanıb:
"Kamranın bir yaşı var. O, ötən il mayın 26-da, iməkləyərkən qaynar su qazanını üzərinə aşırıb. Həmin gün biz onu xəstəxanaya apardıq. Bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Orada bir müddət müalicə alıb evə çıxdıq".
Gənc ana övladının sağalması üçün dəstəyə ehtiyaclarının olduğunu deyib:
"Evə çıxandan sonra Kamranın müalicələrini güc bəla ilə edə bilmişik. Bir müddət sonra isə sizin saytı tanıyıb, yazmışıq. Sizin izləyicilərin dəstəyi ilə müalicələrini edə bilmişik. Kamran balaca olduğu üçün yaralarını qaşımamağı, əl vurmamağı ona izah edə bilmirik. Yaralarını qaşıyıb lap pis vəziyyətə salır. Hər ay dərman və mazlarını almaq üçün 600-700 manat pula ehtiyacımız olur. Bunu qarşılamaq, inanın, bizim üçün mümkünsüzdür. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 837-62-60.
"Bank Respublika": 4244 4848 4798 1648.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Bacısı üstünə qaynar su dağıdan Aminin dəstəyə ehtiyacı var
- Övladı üçün təkbaşına çırpınan ana yardım istəyir: "Artıq bacara bilmirəm"
- Elayın atası fəryad edir: "Anamın xəstəliyinə dözə bilmirdim, indi balam gözümün qabağında yox olur"
- İbrahimin yaşaması üçün həkimlər ümid vermir: Ağrıları artıb, yemək yemir - Anası dərdə dözə bilmir
- Ağır yanıq xəsarətləri alan Zəhranın dəstəyə ehtiyacı var