Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Birinci Qarabağ müharibəsi şəhidinin xanımı: "Getmə dedim, vətəni seçdi"
"Müharibəyə gedəndə Mübarizə dedim ki, özün atasız böyümüsən, Yunis də atasız qalmasın".
Bunu Oxu.Az-a açıqlamasında Birinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti müəyyənləşdirilərək bu gün dəfn olunan şəhid Mübariz Məmmədovun həyat yoldaşı Gülnarə Abbasova deyib.
"Müharibədə çox itkimiz var idi. Mübariz də həkim olduğu üçün döyüşlərə qatılmaq qərarına gəldi. Mən getmə desəm də, getdi. Çox humanist insan idi. Xatirələrimizdə gözəl qalıb. Qəlbimizdə hər zaman yaşayacaq", - deyə Gülnarə Abbasova bildirib.
Aytac Qasımova
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər