Şirvan şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Cəmil Rəhimovla vida mərasimi keçirilib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Şirvanın rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Şirvan şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Cəmil Nizami oğlu Rəhimov 1969-cu il iyunun 5-də Sabirabad rayonunun Cəngən kəndində anadan olub. 1992-ci il mayın 8-də Şuşada gedən döyüşlər zamanı itkin düşüb.