"LUKOIL"un xarici aktivlərini "Gunvor" beynəlxalq enerji qrupu satın alacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın "LUKOIL"in şirkətindən məlumat verilib.
"Gunvor" "LUKOIL"un xarici aktivlərinə sahib olan törəmə şirkəti olan "LUKOIL International GmbH"ı alacaq.
Qeyd olunur ki, şirkət təklifi qəbul edərək, digər potensial alıcılarla danışıqlar aparmamağa öhdəlik götürüb.
"LUKOIL" xarici aktivlərinin satışı planları barədə oktyabrın 27-də ABŞ sanksiyalarının tətbiqi fonunda elan etmişdi. Sanksiyalar noyabrın 21-dən qüvvəyə minəcək.