Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Fikrət Abbas oğlu Əzizovun dəfn mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Onun nəşi Qaradağ rayonu, "Sofi Həmid Piri" qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, Fikrət Əzizov 1961-ci il yanvarın 13-də Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.
Daha çox foto burada: PhotoStock.az
Aygün Mirakif