Ağdərə rayonuna yola salınan növbəti köç karvanı Vəngli kəndinə çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Vəngli kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə kəndə 9 ailə (38 nəfər) köçürülür.
Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu köçlə Vəngli kəndinə qayıdan ailələrin sayı 85-ə (329 nəfər) çatacaq.