Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Göyçayda dəfn edildi
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Daşqın Nəsrəddin oğlu Behbudovun nəşi uzun müddətdən sonra Göyçay rayonunun Mırtı kəndində ailəsinə təhvil verilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, kənd sakinləri, şəhidin doğmaları, qazilər, rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının nümayəndələri və ictimaiyyətin iştirakı ilə kənddə vida mərasimi keçirilib.
Mərasimdə çıxış edənlər bildiriblər ki, Daşqın Behbudov Vətənin azadlığı uğrunda canından keçən qəhrəman oğullardan biridir. Onun cəsarəti, fədakarlığı Azərbaycan xalqının yaddaşında əbədi qalacaq.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Mırtı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, D.Behbudov əvvəllər İmişli rayon məzarlığında naməlum şəhid kimi dəfn olunmuşdu. O, 1994-cü ildə Füzuli rayonunun Şükürbəyli kəndi ərazisində gedən şiddətli döyüşlər zamanı itkin düşmüşdü.

"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyev dəfn edilib
- Şəhid qardaşı: "Onu sonuncu dəfə 1992-ci ildə görmüşdüm"
- Suraxanıda I Qarabağ müharibəsinin itkin şəhidi Mübariz Hüseynov dəfn edilib
- Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn olunacaq
- Gədəbəydə qar uçqununda həlak olan hərbçi Əli İmanov Sabirabadda dəfn edilib