"Artıq 102 min məktəbyaşlı uşağın 1-ci siniflərə qəbulu heç bir müsabiqə və ya müsahibə olmadan həyata keçirilib".
Oxu.Az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu il ilk dəfə olaraq rus bölməsi üzrə aparılan müsahibələrin nəticələri bir gün sonra elan edilir:
"Artıq dünəndən - 12 may tarixindən tədris rus dilində aparılan bölmələr üzrə müsahibə mərhələsi də başlayıb və mayın 31-nə kimi davam edəcək.
Yalnız Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən sıxlıq müşahidə edilən və tələbat çox olan bəzi az sayda ümumi təhsil müəssisələrinin I sinfinə qəbul prosesində məktəb və müəllim seçimi prioritet əsasında aparılacaq. Valideynlər sıxlıq müşahidə edilən məktəbləri seçmək istədikdə bu seçim müəyyən prioritetlərə uyğun (məsələn, həmin məktəbin ərazisində yaşamaq, bacı və ya qardaşın o məktəbdə oxuması) dəyərləndiriləcək".
Aygün Mirakif