Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ankaradakı diplomatik mənbələr Trampın Türkiyəyə mümkün səfərini şərh edib
Rəsmi Ankara Birləşmiş Ştatlar prezidentinin Rusiya və Ukrayna arasında mümkün danışıqlarda iştirak etmək üçün mayın 15-də İstanbula gəlmək planı barədə heç bir məlumata malik deyil.
Oxu.Az xəbər verir ki, bu barədə "RIA Novosti"nin diplomatik mənbələrdən əldə etdiyi məlumatda qeyd olunub.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna rəsmiləri arasında İstanbulda keçirilməsi planlaşdırılan görüşdə iştirak etmək niyyətində olduğunu açıqlamışdı.
Qeyd edək ki, danışıqların bərpası və 15 mayda Moskva ilə Kiyev arasında görüşün keçirilməsi təklifini Rusiya Prezidenti Vladimir Putin mayın 11-də yerli və xarici jurnalistlərlə görüşü zamanı səsləndirib.