“Bütün ölkələrə pandemiya ilə bağlı mübarizə çərçivəsində planlar hazırlanması tapşırılmışdı”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib
O bildirib ki, bu planlar tərəfdaşlıq çərçivəsində tərtib olunur:
“Hazırlanan proqramlar tərəfdaşlıq çərçivəsində yaradılan platformaya yüklənir. ÜST tərəfindən təşkil edilən yardımın daha çox ehtiyacı olan ölkələrə göstərilməsi nəzərdə tutulur. Bu istiqamətdə araşdırma aparılır və texniki yardıma ən çox ehtiyac olan dövlətlər önə çəkilir”.
Könül Cəfərli