BP-nin ixtisaslı daimi işçilərinin ümumilikdə 85%-ni (2426 nəfərini) yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bu məlumat BP-nin Bakı ofisindən verilib.
BP 2014-18-ci illər üçün beşillik milliləşdirmə planı hazırlayıb. Bu plana əsasən 2018-ci ilin sonunadək BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil etməlidir.
“Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilərin isə artıq 100%-i yerli vətəndaşlardır.
İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı və iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesi daha da gücləndirmək məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirakı daxildir.
Bu plan artıq SOCAR ilə razılaşdırılıb və nəticədə 2013-cü ilin noyabr ayında milliləşdirmə sahəsində əməkdaşlıq barədə protokol imzalanıb”, - şirkətin məlumatında deyilir.