Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

BŞİH rəhbəri: "Leysan zamanı tunellərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulsun"
Güclü yağıntılarda təhlükəni minimuma endirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müvəqqəti tədbir kimi leysanlar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmasını təklif edib.
Oxu.Az xəbər verir ki, Eldar Əzizov bu təklifi aprelin 15-16-da güclü yağışdan sonra yaranan mövcud vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, bu addım xüsusilə nəqliyyat infrastrukturunun həssas hissələrində vətəndaşların həyatına və əmlakına olan təhlükəni müəyyən dərəcədə azaltmağa xidmət edə bilər.
"Şəhər öz inkişafının yeni mərhələsinə qədəm qoyur və bu prosesin əsas tərkib hissələrindən biri də yağış və kanalizasiya sistemlərinin modernləşdirilməsidir. Bu baxımdan, obyektiv desək, hazırda bu kimi halların təkrar yaşanmasından sığortalanmamışıq".
Aygün Mirakif
"Leysan" teqi üzrə xəbərlər
- Bataqlığa dönən kəndin sakinləri yaşadıqları vəziyyəti danışdılar: "Belə müsibət görməmişdik"
- İtaliyada leysan yağışları: Florensiyanı su basdı
- İspaniyada maksimum təhlükə səviyyəsi elan edildi
- Sabah Abşeron yarımadasının bəzi yerlərində leysan olacaq - XƏBƏRDARLIQ
- İspaniyada daşqınlarda ölənlərin sayı 90 nəfəri ötdü