Türkiyənin İstanbul şəhərində bir qrup şəxs leysandan sonra su basmış ara küçədə yağışın altında rəqs etməyə başlayıb. Əhalinin bu pozitiv halı və yaratdığı müsbət görüntü ABŞ mətbuatında gündəm olub.
Bu barədə Oxu.Az "Ensonhaber" nəşrinə istinadən məlumat verir.
Məlumata görə, ABŞ-nin "ABC News" telekanalı kadrları özünün "X" hesabında "Yağışda rəqs" başlığı ilə paylaşıb.
"Türkiyədəki bu şən insan qrupu sözün əsl mənasında yağışda rəqs etməyə qərar verdi", - deyə paylaşımda bildirilib.
Həmçinin Albaniyada yerləşən bir televiziya kanalı da görüntüləri sosial media hesabında paylaşıb.
Xatırladaq ki, bir müddət əvvəl İstanbulda yağan güclü yağışlar nəticəsində bir çox bölgədə küçələr və yaşayış yerləri su altında qalıb, ölənlər və itkin düşənlər var. Ölənlərin və itkin düşənlərin sayı artmaqda davam edir.