Bakının Yasamal rayonunun sakini fərdi yaşayış evinin altına çirkab sularının axmasından şikayətçidir.
Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət edən şəhər sakini Bahadur Mirzəyev bildirib ki, ətrafı üfunət bürüyüb.
Onun sözlərinə görə, müraciətlərinə baxılmayıb, problemin həll edilməsi üçün köməklik göstərilməyib:
"Mən Yasamal rayonu, Vasif Əliyev küçəsi, 400 ünvanında yaşayıram. Fərdi yaşayış evimin altına neçə gündür çirkab suları dolur. Natəmizlik yaranır. Nə edək bilmirik. Kanalizasiya xəttindən tullantı sular birbaşa evimin altına axır. Mülkümün bütün sənədləri də qaydasındadır, çıxarışlı mənzildir. Antisanitar vəziyyətdən əziyyət çəkirik. Pis qoxu rahatlığımızı pozub. Heç kim müraciətimizə baxmır".
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.