İcra olunan Amnistiya aktı probasiya ilə bağlı 10 mindən artıq şəxsə tətbiq olunacaq.
Oxu.Az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Vüqar Ağayev deyib.
O bildirib ki, həmin şəxslərdən 7 min nəfəri azadlığın məhdudlaşdırılması cəzasına, digər 3 min nəfər isə digər cərimə, islah işləri və şərti cəzaya məhkum edilənlərdir:
"Amnistiya aktı dörd ay ərzində icra olunacaq. Biz gecə-gündüz çalışaraq, aktın icrasını təmin edəcəyik".






Samir Əli
Amnistiya aktı 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub.
Oxu.Az-ın məlumatına görə, bu cəzaçəkmə müəssisəsindən 20 nəfər azadlığa buraxılıb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Amnistiya aktı Bakı İstintaq Təcridxanasında icra olunub.
Oxu.Az-ın məlumatına görə, təcridxanadan bu gün 12 nəfər azadlığa buraxılıb.


Amnistiya aktının Ədliyyə Nazirliyində icrası həyata keçirilir.
Nazirlikdən Oxu.Az-a verilən xəbərə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarının icrası davam etdirilir.
Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində Amnistiya aktının icrası Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, Nazirlik yanında İctimai Şuranın, Ombudsmanın, Milli Məclisin deputatı Zahid Orucun, media nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində amnistiyaya düşən 300-ə yaxın məhkuma sənədləri təqdim olunur və azadlığa buraxılması həyata keçirilir.
Amnistiya aktının probasiya nəzarətində olan - azadlığın məhdudlaşdırılması cəzası, ictimai və islah işləri, cərimə cəzası və şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzanın çəkilməsi təxirə salınmış şəxslərə münasibətdə də icrasına başlanılıb. Ədliyyə Nazirliyinin Probasiya xidmətində aidiyyəti dövlət qurumlarının, Nazirlik yanında İctimai şuranın və media nümayəndələrinin iştirakı ilə probasiya nəzarətində olan şəxslər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalardan azad olunurlar.
Məhkumlar və ailə üzvləri dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər, bundan sonra qanunlara dönmədən əməl edəcəklərinə, cəmiyyətin inkişafına töhfə verəcəklərinə söz veriblər.
Hazırda Ədliyyə Nazirliyinin aidiyyəti struktur qurumları tam səfərbər olunmaqla, qanunvericiliyin tələblərinə uyğun və çevik şəkildə Amnistiya aktının icrasını təmin edirlər.
Amnistiya aktı yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan penitensiar müəssisədə icra olunub.
Oxu.Az-ın məlumatına görə, həmin cəzaçəkmə müəssisəsindən bu gün üç nəfər azadlığa buraxılıb.



Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Amnistiya aktı 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
Oxu.Az-ın məlumatına görə, bu cəzaçəkmə müəssisəsində Amnistiya aktı ilkin mərhələdə 52 nəfərə şamil olunub. Onlardan 22 nəfər bu gün azadlığa buraxılıb.
Tədbirdə Ombudsman, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, Amnistiya aktının elan edilməsi ilə bağlı təşəbbüslə Prezident İlham Əliyev çıxış edib. Bu təşəbbüsün əsasında Milli Məclis amnistiya elan edilməsi ilə bağlı qərar qəbul edib.
Amnistiya aktına əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digərlərinin cəzadan, yaxud cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Sənədə görə, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.
Azərbaycan Prezidentinin Milli Məclisə təqdim etdiyi Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Daha çox foto burada: PhotoStock.az
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Amnistiya aktının icrasına başlanılıb.
Oxu.Az xəbər verir ki, Amnistiya aktının icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində həyata keçirilir.
Samir Əli
Bu gündən Amnistiya aktının icrasına başlanılır.
Oxu.Az xəbər verir ki, cəzaçəkmə müəssisələrindən rəsmi şəxslərin, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin də iştirakı ilə məhkumların bir qismi azad ediləcək.
Qeyd edək ki, dekabrın 19-da Milli Məclis "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" qərar qəbul edib.
Xatırladaq ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə Amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur.