Abşeron rayonu, Xırdalan şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşən yaşayış binasında huşsuz vəziyyətdə aşkar edilən şəxslərin vəziyyəti açıqlanıb.
Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) və Kliniki Tibbi Mərkəzindən (KTM) Oxu.Az-a verilən məlumata görə, dekabrın 21-də saat 20:50-də üç nəfər (iki qadın, bir kişi) Abşeron RMX-nin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Dəm qazının toksik zəhərləri diaqnozu təyin edilən şəxslərə ilkin tibbi xidmət göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün KTM-in Toksikologiya şöbəsinə təxliyə olunublar.
Onlara dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda 1940-cı il təvəllüdlü şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağırdır.
1979 və 2013-cü il təvəllüdlü şəxslərin vəziyyətləri isə qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif