“2023-cü ildə Şuşaya 1000-dən çox turistin səfəri və gecələməsi təşkil olunub”.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Regional turizm və mədəni irs şöbəsinin müdiri Elgün Cavadov Ağdam rayonunda “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda keçirilən elmi-praktiki konfransda bildirib.
Onun sözlərinə görə, gələcəkdə Şuşaya səfər edəcək turistlərin sayında artım gözlənilir:
“Eyni zamanda, Şuşa və ətraf ərazilərdə infrastruktur hazır olandan sonra yerli turistlər üçün imkanlar artırılacaq”.
İlhamə Əbülfət