Binəqədi qəsəbəsində 1-ci mədən ərazisində yaşayan sakinlər kanalizasiya sisteminin yoxluğundan əziyyət çəkirlər.
Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, rayonun eyniadlı qəsəbəsinin 1-ci mədən 43-cü korpus ərazisində yaşayan sakinlər uzun müddətdir ki, kanalizasiya sisteminin olmaması, eləcə də çirkab suların açıq şəkildə axıdılmasından narazıdırlar.
Sakinlər deyirlər ki, kanalizasiya sisteminin olmaması ilin bütün fəsillərində onlara problem yaradır.
Sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini deyirlər. Amma hələ ki problem həll edilməyib.
Problemin həllinə məsul qurum olan “Azərsu” ASC-dən isə bildirilib ki, məsələ araşdırılacaq.
S.B.
www.oxu.az