Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bütün işlərini günəş panelindən istifadə edərək görən fermer
Qusarda yaşayan fermer Bəhruz Şıxbalayev elektriklə işləyən avadanlıqlar üçün günəş enerjisindən istifadə edir.
Onun sözlərinə görə, artıq 5 ildir ki, təsərrüfatında günəş paneli quraşdırıb:
"Rayonun Aşağı Ləgər kəndində yaşayıram. Təsərrüfatım kənddən dörd km uzaqlıqda yerləşir. Yaxınlıqda elektrik xətti olmadığı üçün generatordan istifadə edirdim. O, səmərəli deyildi. Buna görə də günəş panelləri quraşdırmaq qərarına gəldim".
Fermer qeyd edib ki, təsərrüfatda görülən işlərlə yanaşı, evin, o cümlədən həyətin işıqlandırılması, eləcə də müşahidə kameralarının işləməsi günəş enerjisi ilə təmin edilir.
B.Şıxbalayev vurğulayıb ki, günəş panelləri həm sərfəli, həm də ekoloji cəhətdən təmizdir.
Daha ətraflı Baku TV-nin materialında:

"Qusar rayonu" teqi üzrə xəbərlər
- Tarixçi Qusarın ən qədim parkından danışdı: "Vaxtilə rusiyalı zabitlərin istirahət məkanı idi"
- Ləzgilərin özünəməxsus qədim Novruz ənənələri
- Qusarda istirahət mərkəzinin fəaliyyəti dayandırıldı
- Qusarda yüksək dağlıq ərazidə yanğın başlayıb
- Kredit borcları üzrə ödənişdə gecikmələr nə ilə əlaqədardır?