Qusarda baş verən yanğında ölən şəxsin kimliyi müəyyən olunub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, meyiti tapılan şəxsin 1943-cü il təvəllüdlü Hürüpəri Abdulkərimova olduğu bildirilir.
Hadisə oktyabrın 12-də gecə saatlarında baş verib.
Qusar rayonunun Xuroba kəndində fərdi yaşayış evində yanğın baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikililər alovdan mühafizə edilib.
Yanğın yerində aparılan kəşfiyyat zamanı bir nəfərin meyiti aşkarlanıb.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.