Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Cahangir Hacıyev cərimə kamerasına salındı
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyev saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salınıb.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya onun vəkili Aqil Layıc məlumat verib.
Vəkil bildirib ki, C.Hacıyev iki gündür, cərimə kamerasında saxlanılır. A. Layıc bildirib ki, C.Hacıyev mətbuatda fikirləri yayıldıqdan sonra cəzalandırılıb.
Vəkil müvəkkili ilə görüşə bilmədiklərini, bununla bağlı lazımi qurumlara müraciət etdiklərini deyib.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov açıqlamasında bildirib ki, hər hansı məhkum daxili nizam-intizam qaydalarını pozursa, cərimə kamerasına salına bilər.
M. Sadıqov bu cür məsələlərin xidmət tərəfindən şərh edilmədiyini bildirib.
A.M.