Cənubi Koreyanın Maliyyə sektoruna nəzarət Komissiyası (FSS) kriptovalyutaların ilkin emissiyasına (ICO - initial coin offering) qadağa qoyub.
Oxu.Az xəbər verir ki, bu barədə Report, CNBC-yə istinadən məlumat yayıb.
Qeyd edilib ki, qadağa bütün növ kriptovalyutalara aid ediləcək.
FSS bildirib ki, nəzarət olmadan ICO-ların həyata keçirilməsi bazarda fırıldaqların artmasına gətirib çıxara bilər. Qurum qeyd edib ki, qadağanı pozanlar sərt şəkildə cəzalandırılacaq. Analitiklər kriptovalyuta treyderlərinin Honq-Konqa üz tutacaqlarını proqnozlaşdırırlar.
Qeyd edək ki, bir neçə həftə əvvəl Çin hökuməti də analoji addım ataraq ICO-lara qadağa qoyub.
L.Ə.