Azərbaycanın İctimai Televiziyasında RADİUS həftəlik hərbi-analitik layihəsinin yaradıcıları tanınmış hərbi jurnalist və analitik Heydər Mirzə hərbi mütəxəssis Hans Klossla (məxfilik səbəbi ilə adı açıqlanmır) birlikdə “Caliber” müstəqil rusdilli hərbi-analitik internet-layihəsinə başlayırlar.
Yaradıcıların sözlərinə görə, “Caliber” həm Cənubi Qafqaz regionuna vurğu etməklə hərbi-siyasi və hərbi-texniki mövzularla maraqlanan geniş izləyici kütləsi, həm də bu sahədəki ekspert və mütəxəssislər üçün nəzərdə tutulub.
“Layihənin ideyasını çoxdan ortaya qoymuşuq, ancaq Tovuz döyüşləri zamanı artıq vaxtın yetişdiyini anlamağımıza səbəb olan həmin katalizator oldu. İlk növbədə düşmən, ancaq həm də internetdə hərbi mövzuda ajiotaj yaratmaq istəyən sadə insanlar da böyük zərər vurur”, - onu və Heydər Mirzəni “Caliber”i yaratmağa sövq edən səbəblərdən bəhs edən Hans Kloss bildirib.
Müharibə və Cənubi Qafqaz, hərbi-siyasi və hərbi-texniki təhlil, informasiya müharibəsi və psixoloji təsir əməliyyatları, ekspert rəyləri və tənqid - bütün bunlar və daha çoxu yeni internet layihəsi olan CALİBER-də mövzu həvəskarlarını gözləyir.
Gözləyirik ki, tezliklə yeni internet-kanalı həm ön xətdən eksklüziv kontentlə, həm də düşmənin arxa cəbhəsindən maraqlı “insayt”larla bizi sevindirəcəkdir. Layihə müəllifləri çoxsaylı “Yotube” istifadəçilərinin dəstəyinə ümid bəsləyir, onlardan yeni kanala abunə olmalarını, hər yeni buraxılışı bəyənməyi unutmamağı və mütləq paylaşım etmələrini xahiş edir. Eyni zamanda, Heydər Mirzə və Hans Kloss tamaşaçılardan rəy alacaqlarına ümid etdiklərini və hər cür konstruktiv təklif və fikirlərə açıq olduqlarını xüsusi vurğulayıblar.
“Caliber” düşmənə qarşı müharibəyə başlayır - VİDEO
Rəylər