Bu səhər minaya düşən Azərbaycanın mülki vətəndaşı dünyasını dəyişib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Yevlax rayonunda çobanlıqla məşğul olan Mirzə Vəli oğlu Həmzəyev yerləşdirildiyi hospitalda dünyasını dəyişib.
Qeyd edək ki, minaya düşən Mirzə Vəli oğlu Həmzəyev 1964-cü il təvəllüdlüdür. Onun Yevlax rayonundan gəldiyi bildirilir.
O, Ağdama oğlunun yanına gəlibmiş. Mirzə Həmzəyev ərazini yaxşı tanımadığı üçün neytral zonaya keçib və minaya düşüb.
11:32
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində mülki şəxs minaya düşüb.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə cəbhənin Ağdam istiqamətində qeydə alınıb.
Cəbhə xəttində qoyun otaran Yevlax rayon sakini, 1964-cü il təvəllüdlü Mirzə Vəli oğlu Həmzəyev minaya düşərək ağır yaralanıb. Onun vəziyyətinin kritik olduğu bildirilir.
Ağdam rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər.