Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Cəbrayılda partlayış: Ölən və yaralananlar var
İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində 2024-cü il 21 iyun tarixində sursat partlayışı hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.
Qeyd edilib ki, ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü Raqif Deputat oğlu İsayev həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.
"Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur. Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır", - məlumatda bildirilib.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Bir neçə rayonda qanunsuz ağackəsmə faktı ilə bağlı ARAŞDIRMA - 44 min manatdan çox ziyan vurulub
- 86 milyon manatdan artıq pul vəsaitini ölkəyə qaytarmayan vəzifəli şəxs HƏBS OLUNDU
- Zaqatalada ağacların kəsilməsi ilə bağlı cinayət işi başlandı: Vəzifəli şəxslər işdən ÇIXARILDI
- Azərbaycanda təbiətə yüzminlərlə manat ziyan vuruldu - Cinayət işi açıldı
- "Global Media Group"un tərkibindəki media qurumu "Prokurorluğun dostu" mükafatı ilə təltif olunub