Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Cəlilabadda qəzada ölən və xəsarət alan şəxslərin kimlikləri məlum olub
Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin kimlikləri məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində minik avtomobilinin sürücüsü, 1965-ci il təvəllüdlü Göytəpə şəhər sakini Əyyub Əsədov ölüb, yük avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü Ağcabədi rayon sakini Orxan Səfərov isə yaralanıb.
Hadisə ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən açıqlamaya əsasən, O.Səfərova sol dizin travması diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, VAZ-2110 minik avtomobili ilə "QAZel" markalı yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Ötən gün ölkə ərazisində bir qəza baş verib, beş nəfər xəsarət alıb
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI