Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun rəsmi hissəsi bitdi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun rəsmi hissəsi sona çatıb.
Oxu.Az xəbər verir ki, forumun sonunda iştirakçıların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti səsləndirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilir.
Oxu.Az xəbər verir ki, forumun rəsmi açılış mərasimi dövlət və hökumət nümayəndələrinin iştirakı ilə baş tutub.
Forumun açılış mərasimi uşaqların rəsmi nümayəndələrlə dialoqu formatında təşkil olunub.
Uşaqlar mövzular üzrə qruplaşaraq müzakirələr aparacaq, müvafiq təkliflərlə çıxış edəcəklər.
Aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin dəvət edildiyi tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyə Cümhuriyyətini təmsil edən uşaqlar iştirak edirlər.
Xatırladaq ki, forumun sonunda iştirakçıların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti səsləndiriləcək.
Məhərrəm Əliyev
"Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu" teqi üzrə xəbərlər
- Saca Faruq Abdullah: "Gənc qızların təhsilinə erkən yaşda sərmayənin qoyulması vacibdir"
- Emin Əmrullayev: "Hazırkı təhsilalanlar əvvəlki nəsildən daha bacarıqlıdırlar"
- Rauf Hacıyev: "Uşaqları iqlim dəyişikliyinin təsirlərindən qorumaq üçün investisiya vacibdir"
- Bahar Muradova: "Uşaqlar milli-mənəvi dəyərlərimizin daşıyıcılarıdır"
- Azərbaycan Prezidenti: "Uşaqlar cəmiyyətin sabahıdır"