Cəlilabadın Komanlı kəndində ümumi sahəsi 63 kvadratmetr olan evdə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı birmərtəbəli üçotaqlı evin bir otağının yanar konstruksiyaları 16 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.