Cəlilabad şəhərində ilk yerüstü piyada keçidinin inşasına başlanılıb.
“Report”un məlumatına görə, keçid şəhərin Heydər Əliyev prospektində inşa olunur.
Yerüstü keçid yaxınlığında yerləşən 3 nömrəli məktəbin heyətinin, həmçinin rayon sakinlərinin yolun qarşı və əks tərəfinə rahat keçməsi məqsədilə tikilir.
Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilir.
Rəylər