Dünən itkin düşən Cəlilabad rayonu, Günəşli kənd sakini, 2005-ci il təvəllüdlü səkkizinci sinif şagirdi Miriyev Mirəli Elman oğlu tapılıb.
Bu barədə Oxu.Az-a şagirdin qohumları məlumat verib.
Polis onu parkda gəzərkən görüb. Bundan sonra yeniyetmə ailəsinə təhvil verilib.
12:53
Cəlilabad rayonu, Günəşli kənd sakini, 2005-ci il təvəllüdlü səkkizinci sinif şagirdi Miriyev Mirəli Elman oğlu itkin düşüb.
Bu barədə Oxu.Az-a onun atası Elman Miriyev məlumat verib.
M.Miriyev mayın 30-da, saat 08:30 radələrində Günəşli kəndində yaşadığı evdən çıxaraq Cəlilabad rayonunun mərkəzinə gedib və bir daha geri qayıtmayıb. Evdən çıxarkən onun əynində qırmızı rəngli uzunqol köynək, qara rəngli cins şalvar, qara rəngli gödəkçə və idman ayaqqabısı olub.
Ailə üzvləri itkin düşmə ilə bağlı polisə müraciət ediblər.
Onu görənlərdən (050) 522 – 15 – 95 və ya (050) - 481 - 61 - 39 telefon nömrələrinə zəng vurmaları xahiş olunur.
:640.jpg)