Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, qəza nəticəsində Vüsal Vahibov və həyat yoldaşı Xoşbəxt Vahibova xəsarət alıb, övladları, 2022-ci il təvəllüdlü Nazlı Vahibzadə isə hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Cəlilabadda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bu gün saat 11:30-da Cəlilabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si qadın, 1-i kişi cinsli) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin travması və kəsilmiş yaraları diaqnozları təyin olunub.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən hər üç şəxsə zəruri ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, hadisə zamanı 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
Qəza "Opel" markalı minik avtomobili ilə VAZ-21074 markalı avtomobilin toqquşması nəticəsində baş verib. Hadisə zamanı bir azyaşlı ölüb, 2 nəfər isə xəsarət alıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov