Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatının qarışıq komanda yarışında medal qazana bilməyib.
Oxu.Az xəbər verir ki, yığma 1/8 final mərhələsində Gürcüstana qarşı 4:2 hesabı ilə qələbə qazansa da, 1/4 finalda Yaponiyaya 1:4 hesabı ilə uduzub.
Təsəlliverici görüşdə Azərbaycan komandası Polşaya qarşı da 2:4 hesabı ilə məğlub olub.
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatının qarışıq komanda yarışına qələbə ilə başlayıb.
Oxu.Az xəbər verir ki, yığma 1/8 final mərhələsində Gürcüstan komandası ilə üz-üzə gəlib.
Azərbaycan seçməsi rəqibini 4:2 hesabı ilə üstələyərək 1/4 finala vəsiqə qazanıb.
Bu gün yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatının qarışıq komanda yarışında qüvvəsini sınayacaq.
Oxu.Az xəbər verir ki, yığma 1/8 finalda Gürcüstan seçməsi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan cüdoçuları daha əvvəl fərdi yarışlarda iki bürünc medal qazanıblar. Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc mükafat əldə ediblər.