Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Cəlilabadda qidadan zəhərlənən ailənin son durumu açıqlanıb: Bir nəfər reanimasiyadadır - YENİLƏNİB
Cəlilabadda qidadan zəhərlənən ailə üzvlərinin son durumu məlum olub.
“Report”un Muğan bürosunun məlumatına görə, ailə üzvlərindən ikisi ambulator müalicə üçün evə buraxılıb.
Bir nəfərin isə müalicəsi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
13:29
Cəlilabad rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.
Belə ki, ailə üzvləri - 1998-ci il təvəllüdlü S.Zeynalova, 1959-cu il təvəllüdlü İ.Zeynalov və 1963-cü il təvəllüdlü X.Zeynalova zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına gətirilib.
İlkin məlumata görə, onlar qəbul etdikləri qidadan zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.