Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpg)
Cəlilabadda qızılcaya gündəlik yoluxmada yüksək artım qeydə alınıb
Cəlilabad rayonu üzrə ötən ilin noyabr ayından bugünədək 339 nəfər qızılca virusuna yoluxub.
“Report”un məlumatına görə, onlardan 236 nəfəri 18 yaşdan kiçiklər və 103 nəfəri 18 yaşdan böyüklərdir.
Hazırda aktiv xəstə sayı 73 nəfərdir. Onlardan 69 nəfəri ambulator, dörd nəfəri isə stasionar şəraitdə müalicə alır.
Ötən ilin dekabrın birindən peyvənd vurulan uşaqların sayı 2 104 nəfərdir.
Ötən gün 17 nəfər bu virusa yoluxub. Hələlik bu rəqəm rayon ərazisində gündəlik yoluxma ilə bağlı qeydə alınmış ən yüksək say hesab olunur. Yoluxma sayının artımı havaların kəskin soyuması ilə əlaqədar olması bildirilir.
"Cəlilabad" teqi üzrə xəbərlər
- Bacısını hamamda başqası ilə yaxaladı, ürəyindən bıçaqlanaraq ÖLDÜRÜLDÜ
- "Hər maşını 100-200 manata satmışam" - Cəlilabadlı gəncin qazanc yeri
- Cəlilabadda üç gün əvvəl ölmüş kişinin meyiti TAPILDI
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
- Cəlilabadda yasa gedən şəxslər qəzaya düşdülər: Yaralılar var