Cəlilabadda traktorla VAZ 2106 markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, qəza nəticəsində 1960-cı il təvəllüdlü Natiq Mirzəyev, 1982-ci il təvəllüdlü Elşən Quliyev, 2002-ci il təvəllüdlü Murad Bayramov və 2006-cı il təvəllüdlü İsmayıl Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
20:46
Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Cəlilabad-Boyxanlı avtomobil yolunda qeydə alınıb.
Belə ki, traktorla VAZ-2106 markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində yaralıların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.