Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ceyhun xanım və Hacı Əhməd məscidi söküləcək? - RƏSMİ AÇIQLAMA
"Sumqayıt şəhərinin Ceyranbatan yaşayış massivində yerləşən Ceyhun xanım və Hacı Əhməd məscidinin sökülməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir".
Oxu.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, söküntü işləri məscidin qarşısında qeyri-qanuni quraşdırılmış metal konstruksiyada aparılıb:
"Dini Komitənin müvafiq dövlət qurumlarından aldığı məlumata görə, qeyd edilən ünvanda başlayan tikinti işləri Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun həyata keçirilməyib, aidiyyəti qurumlardan müvafiq razılıqlar və rəylər alınmayıb".
Vurğulanıb ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, sifarişçi tikintiyə (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanı) ərizə ilə müraciət etməlidir. Eyni zamanda, tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir.
"Dini etiqad azadlığı haqqında" qanuna əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini ibadət yerlərinin və ziyarətgahların tikintisinə və yenidən qurulmasına müvafiq dini mərkəzin (idarənin) təklifini nəzərə almaqla rəy vermək səlahiyyətinə malikdir. Tikinti işlərinə başlanılarkən Şəhərsalma və Tikinti Məcəlləsinə maddəsinə uyğun olaraq, yerli icra hakimiyyətinə müraciət edilmədiyindən Dövlət Komitəsinə də bu barədə sorğu daxil olmayıb.
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK)" teqi üzrə xəbərlər
- Dövlət Komitəsi kremasiya mərkəzlərinin yaradılması ilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ
- Dövlət qurumundan yas mərasimləri ilə bağlı AÇIQLAMA
- Təyyarə qəzasında həlak olanlar üçün cənazə namazı qılınıb
- Ramin Məmmədov: "Biz yeni bir tarixi mərhələnin iştirakçılarıyıq"
- Ramin Məmmədov AMİN portalı haqqında danışıb
Rəylər