Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sosial şəbəkə hesablarnda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə videoçarx paylaşıb.
Oxu.Az xəbər verir ki, videoçarxda üçrəngli bayrağımızın milli kimliyimizin və dövlət müstəqilliyimizin rəmzi olduğu vurğulanıb:
"Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, dövlət müstəqilliyini, birliyini və azadlıq iradəsini təcəssüm etdirən müqəddəs dövlət rəmzidir.
Üçrəngli bayrağımız xalqımızın tarixi keçmişini, zəngin mənəvi dəyərlərini və gələcəyə olan inamını özündə əks etdirir. Dövlət Bayrağımız hər bir azərbaycanlı üçün qürur və milli fəxarət mənbəyidir.
Bayrağımız daim yüksəklərdə dalğalansın!"