Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Dağılmaq təhlükəsi ilə üzləşən unikal tarixi abidə ilə bağlı qərar verildi
Dağılmaq təhlükəsi ilə üzləşən unikal Dərvişlər karvansarası abidəsi Qobustan Milli Tarixi-Bədii Qoruğunun tərkibinə veriləcək.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Qaradağ rayonu ərazisində Miəcik deyilən ərazidə yerləşən bu karvansara XV əsrdə inşa olunub:
“Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib. İnventar nömrəsi 106 olan abidə hazırda qəzalı vəziyyətdədir. Divarlarda çatlar, dağıntılar var. Unikal tarixi abidə olan bu karvansara da Dövlət Xidmətinin nəzarətindədir.
Əməkdaşlarımız tərəfindən abidəyə mütəmadi olaraq baxış keçirilir. Karvansaranın bərpa olunması ilə bağlı məsələ diqqətdə saxlanılır. Abidə Qobustan Milli Tarixi-Bədii Qoruğunun tərkibinə veriləcək”.
Xidmət rəsmisi qeyd edib ki, karvansaranın təmir-bərpa olunması istiqamətində sahibkarlarla danışıqlar aparılıb:
“Yaxın vaxtlarda abidənin turizm məqsədləri ilə istifadə olunması üçün təmir işlərinə başlanılacaq”.
İlhamə Əbülfət
www.oxu.az
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- Rasim Balayev: "Proseslər elə gedir ki, bizim heç nədən xəbərimiz yoxdur"
- Adil Kərimli: "İqtisadiyyatı güclü olan ölkələrdə mədəni və yaradıcı sənayeyə diqqət artır"
- Mədəniyyət Nazirliyi tərəfindən xaricdə təhsil üzrə 20 təqaüd proqramı təqdim edilib
- Rəşad Əzizov: "Film sahəsində 10 milyonlardan söhbət gedirsə, biz də bu rəqəmlərə uyğunlaşmalıyıq"
- Günay Rəhimova: "Dublyaj sənayesi ilə bağlı hazırda qanunvericilik layihəsi üzərində işləyirik"