Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Dağların, qayaların arasından Kəlbəcərə uzanan yol
Əsaslı şəkildə yenidən qurulan Kəlbəcər rayonunda görülən kompleks işlərin başında yol infrastrukturu dayanır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) burada hazırda genişmiqyaslı işlər həyata keçirir.
Asfalt örtüyünün eni 7 metrdən 9 metrə, yol yatağının eni isə 15 metrə qədər genişləndirilir. Kəlbəcərdə bu işlərə 1 il 4 aydır başlanılıb.
İşi ləngidən və çətinləşdirən əsas məqam isə yol yatağına düşən qayaları dağıtmaqdır. Tikilməkdə olan yolun uzunluğu 38 kilometrdir. Bu yolda 6 körpü, 82 suötürücü boru və 3 avtobus dayanacağı nəzərdə tutulub. Yol Ağdərənin Heyvalı kəndindən Kəlbəcərə - Vəng dairəsinə qədər məsafəni əhatə edir.
PhotoStock.az-ın ərazidən hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox foto burada: Photostock.Az
"Kəlbəcər rayonu" teqi üzrə xəbərlər
- Məhkəmədə Kəlbəcərin Ermənistan tərəfindən işğal olunmasını göstərən videomaterial nümayiş etdirilib
- Kəlbəcərə 2.6 milyon manata işıq çəkilir
- Başlıbel sakini yaşadığı dəhşəti danışdı: "Güllə üstümüzə dolu kimi yağırdı"
- Səbinə Hacıyeva: "Azıx mağarası silah anbarı kimi istifadə olunub"
- Kəlbəcərin Zülfüqarlı kəndində yerləşən SİRLİ-SEHRLİ İstisu bulağı