Faktla bağlı araşdırma aparılır.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, dünən saat 09:45 radələrində rayon xəstəxanasının doğuş şöbəsində Lənkəran rayonu, Qumbaşı kənd sakini 1986-cı il təvəllüdlü Aysel Mirkərim qızı Miriyevanın doğuş zamanı uşağı ölüb.
Doğum şöbəsinin müdir əvəzi Mədinə Mahmudovanın verdiyi məlumata görə, qadın doğuş sancıları ilə xəstəxanaya daxil olub və qeysəriyyə əməliyyatı olunub. Nəticədə A.Miriyevanın yeni doğulmuş körpəsi ölüb.
“Körpənin ölümünə ciftin vaxtından qabaq tam ayrılması səbəb olub. Uşağın çəkisi 2kq. 600 q. olub”, - deyə Mədinə Mahmudova bildirib.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.