Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Daun sindromlu cütlükdən qeyri-adi evlilik TƏKLİFİ
Baku TV-nin "Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın qəhrəmanları daun sindromlu cütlük - Kamran Hüseynov və Xədicə Talıblı olub. Onlar eyni zamanda "Oyun" İnklüziv Teatrının aktyor və aktrisasıdırlar.
Xədicə ilə məktəbdə tanış olduğunu söyləyən Kamran ona olan sevgisindən bəhs edib:
"Xədicə ilə bir yerdə oxumuşuq, uşaqlıqdan ona aşiq olmuşam. Xədicəyə sürpriz edərək teatrda evlənmə təklifi etdim. Ailə həyatı qurmaq, onu anama gəlin gətirmək istəyirəm".
Kamranı çox sevdiyini deyən Xədicə gələcəkdə qızlarının olmasını arzulayır.
"Sevgi başqa, bizimki başqa. Kamran sevdiyim insandır, onsuz qala bilmərəm. Mənə bağışladığı ilk üzüyü hələ də saxlayıram. Qızımızın olmasını arzulayıram. Adını da Ağca qoyacağam", - o söyləyib.
Ətraflı süjetdə:

"Baku TV" teqi üzrə xəbərlər
- Qadağaları ilə adətlərimizi xatırladan ÖLKƏ
- Stomatoloqlar nəyə etiraz EDİRLƏR?
- Qərbi Azərbaycan Xronikası: "Ermənilər maşınlarında həmişə avtomat və patron gəzdirirdilər"
- Təhsil eksperti ilə DİM sədri arasında QALMAQAL: Neçə nəfərin qiymətlərində düzəliş edildi?
- Bakıda meyit TAPILDI: "Cavandır, deyirlər ki, narkoman olub"